AZ

İyulun 26-da paytaxtda hava əsasən yağmursuz keçəcək

 

2a720216b444d0d3016a36fcb4f609ca.jpg
25.07.2024 16:20

Azərbaycanda iyulun 26-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

 

İyulun 26-da Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 24-25° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 25-26° isti olacaq.

 

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox