AZ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

 

fcb8c80c51a40f86fd55747e2098dfe1.jpg
25.07.2024 18:40

İyulun 26-sı saat 09:00-dan 30 iyul saat 00:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən TED.az-a bildirilib ki, bu zaman yol bağlanmayacaq.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işləri aparılan ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox