AZ

Yeni tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkilinə dair qrant müsabiqəsi elan edilir

 

e00332f82004bf98c09eb53a372eb074.jpg
26.07.2024 16:40

Elm və Təhsil Nazirliyi tərəfindən icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsi elan edilir.

 

Nazirlikdən TED.az-a bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.

 

Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.

 

Sənəd qəbulu avqustun 16-dək davam edəcək.

 

Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olunması üçün digər tədbirlərlə yanaşı, icma əsaslı təlim qruplarında məktəbəqədər təhsilin təşkilinin qrant vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox